Gürcüstan Rusiya ilə razılaşdı

Gürcüstan Rusiya ilə razılaşdı
  06 Mart 2016    Oxunub:2376
Gürcüstan Rusiyanın “Qazprom” şirkəti ilə razılığa gəlib.
Bunu Gürcüstan energetika naziri Kaxa Kaladze deyib.

Nazirin sözlərinə görə, “Qazprom” Rusiya qazının Ermənistana tranzitinə görə əvvəlki şərtlərin ilin sonunadək qüvvədə qalmasına dair Gürcüstanın təklifinə müsbət cavab verib.

Razılığa əsasən, Ermənistana Rusiya qazının tranzitinə görə Gürcüstan əvvəlki kimi 10% qaz əldə edəcək.

"Razılaşmada nəzərdə tutulur ki, Gürcüstan köhnə qiymətlərlə Rusiyadan qaz alacaq. Rusiyadan Ermənistana göndərilən təbii qaza görə, rəsmi Tiflis 10 faiz tranzit haqqı alacaq", - deyə Kaladze bildirib.

Qeyd edək ki, Gürcüstan Rusiyadan 2007-ci ildən qaz ixracını dayandırmışdı. Son aylar tərəflər arasında müntəzəm olaraq görüşlər keçirilirdi.


Teqlər:  





Xəbər lenti