Rusiyada neft yatağında partlayış olub

Rusiyada neft yatağında partlayış olub
  06 Mart 2016    Oxunub:1522
Rusiyada neft yatağında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
RİA-Novosti agentliyinin verdiyi xəbərə görə, hadisə Yamal-Nen Muxtar Dairəsinin Nadım rayonunda qeydə alınıb.

“Yarudeysk” neft yatağında geoloji kəşfiyyat işləri zamanı partlayıcı maddədən ehtiyatsız istifadə nəticəsində partlayış baş verib.

Bir nəfər hadisə yerində ölüb, daha 2-si Nadım xəstəxanasına yerləşdirilib.

AzVision.az


Teqlər:



Xəbər lenti