1 saat 45 dəqiqəlik kritik görüş

 1 saat 45 dəqiqəlik kritik görüş
  06 Mart 2016    Oxunub:2743
Türkiyənin baş naziri Əhməd Davudoğlu İrana səfəri çərçivəsində prezident Həsən Ruhani ilə görüşüb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, görüş Ruhaninin iqamətgahında baş tutub.

Mətbuata qapalı keçirilən görüş 1 saat 45 dəqiqə şəkib.

Görüşdə regional təhlükəsizlik məsələsi ilə yanaşı, ikitərəfli əlaqələrin inkişafı da müzakirə edilib.

Qeyd olunub ki, Türkiyə və İranın əməkdaşlığı bütün region ölkələri üçün əhəmiyyətlidir. Regionda sabitliyin bərpası və beynəlxalq terrorçuluğa qarşı mübarizə yalnız qarşılıqlı əməkdaşlıqla səmərəli ola bilər.

AzVision.az


Teqlər:  



Xəbər lenti