ABŞ-da ilkin seçkilər: Tramp yenə qalib gəldi

ABŞ-da ilkin seçkilər: Tramp yenə qalib gəldi
  06 Mart 2016    Oxunub:1700
ABŞ-da Respublikaçılar Partiyasının düşərgəsində prezident postuna ilkin seçkilərin növbəti mərhələsi keçirilib.
Şənbə günü Luiziana ştatında ilkin seçkilər (praymeriz), Kanzas, Kentukki və Men ştatlarında partiya fəallarının yığıncaqları (kokuslar) keçirilib. Texas ştatından olan senator Ted Kruz Kanzas və Mendə bürün rəqiblərinə qalib gəlib, Kentukkidə isə gərgin mübarizədə milyarder Donald Trampa uduzub. Əvəzində maqnat Luizianada asan qələbə qazanıb.

Beləliklə, indiyədək 12 ştatda keçirilmiş praymeriz və kokuslarda üstünlük Trampın, 6 ştatda isə Kruzun tərəfində olub. Senator növbəti mərhələdə minimum 60 namizədin səsini yığaraq milyarderlə arasındakı fərqi müəyyən qədər azaldıb. Hazırda partiyadan namizədlər atasında nümayəndələrin ümumi səsi belə bölünür: Donald Tramp – 319, Ted Kruz – 226, Marko Rubio – 110, Con Keysik – 33.

Rəsmi namizəd olmaq üçün iyulun 18-21-də keçiriləcək partiya qurultayının 2472 iştirakçısından 1237-nin dəstəyi lazımdır.

Demokrat partiyasında ilkin seçkilərin növbəti mərhələsi senator Berni Sandersin üstünlüyü ilə başa çatıb. Belə ki, keçmiş dövlət katibi və sabiq birinci xanım Hillari Klinton yalnız Luizianada qələbə qazana bilib. Kanzas və Nebraska ştatlarında keçirilən kokuslarda Sanders daha çox dəstək əldə edib. İlkin məlumatlara görə, bu mərhələdə senator 60, sabiq birinci ledi 48 nümayəndənin səsini alıb. İndiyədək keçirilmiş praymeriz və kokusların ümumi nəticəsi isə Hillari Klintonun xeyrinədir: 1066 – 432.

Noyabrda keçiriləcək prezident seçkilərində partiyanın rəsmi təmsilçisi olmaq üçün demokrat namizəd qurultay nümayəndələrinin 2383 səsini qazanmalıdır.


Teqlər:





Xəbər lenti