Türkiyədə 16 terrorçu öldürülüb

Türkiyədə 16 terrorçu öldürülüb
  07 Mart 2016    Oxunub:1555
Türkiyənin Şırnak vilayətinin İdil rayonunda hərbiçilər tərəfindən keçirilən əməliyyatlar nəticəsində 16 terrorçu zərərsizləşdirilib.
AzVision.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyat İdil rayonunun Turqut Özal məhəlləsində keçirilib.

Belə ki, əsgərlər qazılan xəndəkləri doldurduqları zaman bir qrup silahlı onlara hücum edib. Nəticədə tərəflər arasında atışma baş verib. Hadisə nəticəsində 16 terrorçu zərərsizləşdirilib.

Hazırda əməliyyat davam edir.

Qeyd edək ki, bundan öncə öldürülən silahlıların sayının 13 olduğu deyilirdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti