Prezidentin qızı ailə həyatı qurur

Prezidentin qızı ailə həyatı qurur
  08 Mart 2016    Oxunub:3908
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı ailə həyatı qurur.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın qızı Sümeyye Ərdoğan "Baykar Makina" şirkətinin sahibi Özdemir Bayraktarın oğlu Səlçuk Bayraktarla nişanlanır.

Massaçusetts Teknologiya İnstitutunda magistr təhsili alan 36 yaşlı Selçuk Bayraktar türk istehsalı olan qurğu üzərində çalışan heyətin rəhbəridir.

Bayraktar ailəsi xəbəri təsdiqləyib. Yaxın zamanda cütlüyün nişan mərasimi baş tutacaq.

S.Ərdoğan 1985-ci ildə anadan olub. 2010-cu ildə hakim Ədalət və İnkişaf Partiyasının xarici əlaqələr və dünya mətbuatında çıxan xəbərlərdən məsul şəxsi qismində çalışır.

AzVision.az


Teqlər:  



Xəbər lenti