Tarixi gün - Türkiyə Avropa İttifaqı ilə razılaşdı

Tarixi gün - Türkiyə Avropa İttifaqı ilə razılaşdı
  08 Mart 2016    Oxunub:7685
Avropa İttifaqı (Aİ) və Türkiyə Belçikada keçirilən sammitdə miqrasiya probleminin həll olunması ilə bağlı əsas prinsipləri razılaşdırıb.

AzVision.az xəbər verir ki, bu barədə `Twitter`də Avropa Komissiyasının rəsmi nümayəndəsi Mina Andreyeva bildirib.

`Avropa Komissiyasının sədri Jan Klod Yunker və Avropa Şurasının sədri Donald Tusk Aİ-nin sammitində Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə miqrantlarla bağlı böhranın birgə aradan qaldılmasına dair əsas prinsipləri razılaşdırıb`, - deyə qedy edilib.

Avropa Şurasının sədri Donald Tusk vurğulayıb ki, Aİ və ABŞ miqrant axının azaldılmasına dair razılaşıb. O, həmçinin bəyan edib ki, Aİ-yə gedən `balkan marşrutu` artıq bu vaxtdan bağlanılıb: `Avropaya qeyri-qanuni miqrasiya artıq sona çatdı`.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti