Terrorçular çılpaq təslim oldular - Foto

Terrorçular çılpaq təslim oldular - Foto
  08 Mart 2016    Oxunub:5601
Türkiyədə PKK-nın bir qrup silahlısı çılpaq vəziyyətdə türk əsgərlərinə təslim olub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbəkir əyalətinin Sur rayonunda əməliyyatların davam etdiyi 100-cü gündə bir qrup terrorçu qaça bilmədiklərini görüb gizləndikləri yerdən çıxaraq təsim olub.

“Silahsız və etibarlı olduğumuza inanmağınız üçün paltarlarımızı soyunduq”, - deyə terrorçular bildirib.

Qeyd edək ki, təkcə ötən gün Sur rayonunda 12-si yaralı olan 29 terrorçu təslim olub. Bu gün səhər saatlarında isə 25 nəfər təslim olub. Onlardan 19 nəfərinin silahlı atışmada iştirak etdiyi bəlli olub. Yaralı olan 12 nəfər isə xəstəxanaya yerləşdirlib.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti