Netanyahu Obama ilə görüşdən imtina etdi

Netanyahu Obama ilə görüşdən imtina etdi
  08 Mart 2016    Oxunub:2062
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Barak Obama ilə görüşməkdən imtina edib.
AzVision.az `Reuters`-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi Ned Prays bildirib.
“Martın 18-də prezident Barak Obama və baş nazir Benyamin Netanyahu arasında ikitərəfli görüşün keçirilməsi nəzərdə tutulmuşdu. Lakin İsrail baş naziri görüşdən imtina edib. Maraqlıdır ki, biz bunu kütləvi informasiya vasitələrindən öyrənməli oluruq”, - deyə N.Prays qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:



Xəbər lenti