ABŞ-da ilkin seçkilər: Tramp yenə uddu, Klinton gerilədi

ABŞ-da ilkin seçkilər: Tramp yenə uddu, Klinton gerilədi
  09 Mart 2016    Oxunub:2147
ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd olan milyarder Donald Tramp Missisipi və Miçiqan ştatlarında keçirilən ilkin seçkilərdə qalib gəlib.
AzVision.az `Reuters`-ə istinadən xəbər verir ki, milyarder bu ştatlarda müvafiq olaraq 50 və 37 faiz səs toplayıb.

Onun əsas rəqibi Ted Kruz isə Missisipi ştatında 34% çox səs toplaya bilib. Miçiqan ştatında isə Kruz 24% səslə üçüncü olub.

ABŞ prezidentliyinə Demokratlar partiyasından namizəd, sabiq dövlət katibi Hillari Klinton Missisipi ştatında keçirilən seçkilərdə 83% səs toplayaraq ilkin seçkilərdə qalib gəlib.

Onun Demokrat partiyasından olan əsas rəqibi Berni Sanders isə Miçiqan ştatında 51% toplayaraq, sabiq dövlət katibi Hilari Klintona (47%) qalib gəlib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti