`Qarabağın hərbi yolla həlli yoxdur`– Nalbandyan

`Qarabağın hərbi yolla həlli yoxdur`– Nalbandyan
  09 Mart 2016    Oxunub:2832
Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllində dəfələrlə ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəklədiyini və bu münaqişəsinin sülh yolu ilə həllinin alternativinin olmadığını vurğulayıb.
AzVision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Rusiyanın `Komersant` qəzetinə müsahibəsində bildirib.

“Avropa İttifaqının xarici işlər və siyasi təhlükəsizlik üzrə yüksək nümayəndəsi Federika Moqerini İrəvana səfəri zamanı bir daha bu mövqeyi təkrarladı. Biz daima həmsədrlərin səylərini yüksək qiymətləndiririk. Çox təəssüflər olsun ki, qarşı tərəfin mövqeyi fərqlidir. Münaqişənin indiyə qədər həll olunmamasında nə həmsədrlər, nə də Ermənistan günahkardır”, – deyə Nalbandyan vurğulayıb.

Ermənistanın xarici işlər naziri, həmçinin Azərbaycanın danışıqlar formatını dəyişməyə cəhd etdiyini bildirib: “Həmsədrlər dəfələrlə bu cəhdlərin ümumilikdə prosesə zərbə vurduğunu bəyan edib”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti