İrəvandan Türkiyəyə mesaj: `Qarabağın həllini istəyirsinizsə...`

İrəvandan Türkiyəyə mesaj: `Qarabağın həllini istəyirsinizsə...`
  09 Mart 2016    Oxunub:7245
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Rusiya və Türkiyə arasında yaşanan gərginliyin Dağlıq Qarabağ münaqişəsinin təsirinə münasibət bildirib.
AzVision.az xəbər verir ki, bu barədə erməni nazir `Kommersant` qəzetinə müsahibəsində bildirib.

Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı Türkiyə rəhbərliyi qarşısında şərt qoyub: “Belə təəssürat yaranır ki, Türkiyə rəhbərliyi reallıq hissini itirib. Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edir ki, bu gün Suriyada kürdlər XX əsrdə `erməni bandaları` kimi Rusiya ilə əməkdaşlıq edirlər. Bu cür bəyanat kürdlərin gələcək taleyi ilə bağlı beynəlxalq aləmə ciddi siqnaldır.

100 il ərzində Türkiyə rəhbərliyində ciddi dəyişiklik baş verməyib. Əgər Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını istəyirsə, ondan nizamlanma prosesindən mümkün qədər uzaq durmalıdır”, - deyə Nalbandyan qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  



Xəbər lenti