`Kaladzenin kriminal aləmlə əlaqəsi var` - Sabiq deputat

`Kaladzenin kriminal aləmlə əlaqəsi var` - Sabiq deputat
  09 Mart 2016    Oxunub:3226
Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladzenin "Kalatoza" ləqəbli kriminal avtoritetlə əlaqədə olması iddia edilir.
AzVision.az `Georginpress`a istinadən xəbər verir ki, bu barədə müxalif Vahid Milli Hərəkatın liderlərindən biri, sabiq millət vəkili Qivi Tarqamadze bildirib.

Q.Tarqamadze vurğulayıb ki, "Kalatoza" K. Kaladzenin rəhbərlik etdiyi Energetika Nazirliyinin hesabına 1,1 mln. dollar köçürüb.

Nəsələyə Kaladzenin özü də münasibət bildirib: "Mənim kriminal aləmlə heç bir əlaqəm yoxdur. Lakin Qivi Tarqamadzenin belə əlaqələri mövcuddur. Özündən soruşun və o sizə detallı şəkildə hər şeyi izah edəcək. Onun kriminal avtoritetlərlə birbaşa əlaqələri var. Mənim barəmdə dedikləri böyük yalandır. Energetika Nazirliyinin heç bir əlavə bank hesabı yoxdur. Düzdür, mənim özümün bankım olub. Bildiyiniz kimi, mən "Progress Bank"ı təsis etmişdim, lakin oradakı payımı çoxdan satmışam".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti