Tramp Obamanın vətənində qalib gəldi

Tramp Obamanın vətənində qalib gəldi
  09 Mart 2016    Oxunub:1945
ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd olan milyarder Donald Tramp Havay adalarında partiya fəallarının yığıncağında qalib gəlib.
Bu barədə AzVision.az `AP`-yə istinadən xəbər verir.

Qeyd edək ki, Donald Tramp Missisipi və Miçiqan ştatlarında keçirilən ilkin seçkilərdə qalib gəlib. Milyarder bu ştatlarda müvafiq olaraq 50 və 37 faiz səs toplayıb.

Xatırladaq ki, ABŞ-ın hazırkı prezidenti Barak Obama Havay ştatında anadan olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti