Çexiya suriyalı qaçqınlarını qəbul edəcək

Çexiya suriyalı qaçqınlarını qəbul edəcək
  09 Mart 2016    Oxunub:1340
Çexiya Türkiyədən suriyalı qaçqınların bir hissəsini qəbul edəcək.
AzVision.az xəbər verir ki, bunu Çexiyanın Baş naziri Boquslav Sobotka deyib. Onun sözlərinə görə, Çexiya miqrantların Aİ ölkələri arasında bölüşdürülməsi çərçivəsində indiki öhdəliklərinin bir hissəsini yerinə yetirməyə hazırdır: `Bununla belə Çexiya çoxlu sayda qaçqın qəbul etməkdən əvvəlki kimi imtina edir`.

Çexiya hökumətinin başçısı Avropa Komissiyasının sədri Jan Klod Yunkerə məktubunda miqrasiyaya dair məlumat mübadiləsini Aİ-nin üzvü olmayan Balkan ölkələri ilə də yaxşılaşdırmaq üçün tədbirlər görməyə çağırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti