İŞİD-ə qoşulmaq istəyən 138 azərbaycanlı tutulub

İŞİD-ə qoşulmaq istəyən 138 azərbaycanlı tutulub
  09 Mart 2016    Oxunub:3414
2011-ci ildən bu ilin 12 fevral tarixinə kimi İŞİD-ə qoşulmaq üçün gedən 3619 şəxs Türkiyədə saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

Qeyd olunub ki, həbs edilən 2896 nəfər deportasiya edilib, 35970 əcnəbiyə isə Türkiyəyə giriş qadağası qoyulub.

Deportasiya edilənlərin sırasında Rusiya vətəndaşları ilk yeri tutur - 519 nəfər.

İkinci yerdə 192 nəfərlə Fransa qərarlaşıb. Onu 180 nəfərlə İndoneziya, 138 nəfərlə Azərbaycan, 128 nəfərlər Tacikistan izləyir.

AzVision.az


Teqlər:  



Xəbər lenti