Putin və Sarkisyanın kritik Moskva görüşü

Putin və Sarkisyanın kritik Moskva görüşü
  10 Mart 2016    Oxunub:3419
Ermənistan prezidenti Serj Sarkisyan bu gün Moskvaya işgüzar səfər edəcək.
AzVision.az bu barədə Kremlin rəsmi saytına istinadən xəbər verir.

`Kommersant` qəzeti Rusiyadakı diplomatik mənbəyə istinadən xəbər verir ki, Moskva Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində artan silahlı toqquşmalardan ciddi narahatdır.

Prezidentlərin görüşü zamanı siyasət, iqtisadiyyat və digər sahələr də daxil olmaqla ikitərəfli, həmçinin Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək. Bundan əlavə, görüş zamanı Putin və Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi üzrə fikir mübadiləsi aparacağı gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti