Avropa Parlamentində qalmaqal - Türkiyə təhqir edildi (VİDEO)

Avropa Parlamentində qalmaqal  - Türkiyə təhqir edildi (VİDEO)
  10 Mart 2016    Oxunub:3914
Avropa Parlamentində Türkiyə və Avropa İttifaqı (Aİ) arasında miqrant razılaşmasının müzakirə olunduğu iclasda yunan deputatlar türkləri təhqid edib.

Yunanıstanın irqçi `Qızıl Şəfəq` partiyasından olan deputat Eleftherios Sinadinos çıxışı zamanı `türklər it kimidirlər. Vəhşi kimi görünürlər, lakin bir düşmənlə qarşılaşdığı zaman qaçarlar. Türklərlə mücadilə etməyin tək yolu qərarlı bir mövqe göstərməkdir`,-deyə təhqiredici ifadələr işlədib.

`Qızıl Şəfəq` partiyasının digər üzvləri çıxış etmək istəsələr də Parlament sədri onların bu istəyini qəbul etməyib və onlardan salonu tərk etməyi tələb edib.

Bundan sonra Sinadinos səlahiyyətli şəxslərin müşayiəti ilə iclası tərk edib.

Martin Şults yunan deputatın `qırmızı xətti` keçdiyini və onun çıxışının irqçilik kimi qəbul edilə biləcəyini deyib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti