Ermənistan ordusunda itki - 3 ölü, 2 yaralı

Ermənistan ordusunda itki - 3 ölü, 2 yaralı
  10 Mart 2016    Oxunub:3582
İrəvan-Mehri avtomobil yolunda baş verən yol-nəqliyyat qəzası nəticəsində Ermənistan ordusunun müqavilə əsasında xidmət edən 3 hərbçi ölüb, ikisi yaralanıb.
Bu barədə AzVision.az `News.am`-a istinadən xəbər verir.

Nəşr hadisə nəticəsində ölən hərbçilərin adlarını açıqlanıb: 30 yaşlı Karen Karapetyan (Armavir vilayətinin Şenavan kənd sakini), 35 yaşlı Vaan Qukasyan (Ararat vilayəti, Ayqezard kəndi), 30 yaşlı Ruslan Arutuyunyan (Armavir vilayəti Sisi kəndi).

Məlumata görə, qəza Karen Karapetyanın idarə etdiyi "Opel" markalı avtomobilin yoldan çıxaraq dərəyə yuvarlanması nəticəsində baş verib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti