Moskvada Ukrayna əleyhinə etiraz aksiyası

Moskvada Ukrayna əleyhinə etiraz aksiyası
  10 Mart 2016    Oxunub:1814
Ukraynanın Moskvada yerləşən səfirliyinin önündə təxminən 200-ə yaxın insan yığışaraq bu ölkəyə qarşı etiraz aksiyası keçirib.
Bu barədə AzVision.az `TASS`-a istinadən xəbər verir.

Nümayişçilər `Ukrayna xuntasına ar olsun` deyə şüarlar səsləndiriblər. Aksiya zamanı insident baş verməyib.

Qeyd edək ki, martın 6-ı Ukraynanın paytaxtı Kiyevdə Rusiya səfirliyinə hücum olub. Naməlum şəxslər səfirliyə yaxınlaşaraq ərazidə olan avtomobilləri əziblər.

Məlumat da bildirilir ki, 10 nəfərdən ibarət qrup əllərində yanan məşəl tutublarmış. Mənbə bildirir ki, xuliqanlıq hərəkətlərinin nəticəsində 3 avtomobil əzilib.

Ukrayna polisi hadisə ilə əlaqədar cinayət işi açıb. Hücum edənləri 4 ilə qədər həbs cəzası gözləyir.

Kreml hadisə ilə bağlı Ukraynaya nota göndərib. Rusiya səfirliyinin mətbuat katibi Oleq Qrişin bildirib ki, aksiya əvvəldən planlaşdırılıb və hücuma yaxşı hazırlıq görülüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti