Azərbaycanlı milyarder bütün mülklərini satır

Azərbaycanlı milyarder bütün mülklərini satır
  10 Mart 2016    Oxunub:31929
İranlı gənc milyarder Babək Zəncaninin ölüm hökmünə məhkum edilməsi onun azərbaycanlı ortağı Rza Zərrabı təşvişə salıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, R. Zərrab artıq bütün mülkünü satışa çıxarıb.

Məlumatda azərbaycanlı milyarderə məxsus milyonlarla dollar dəyərə malik daşınmaz əmlakların qaçaq yolla əldə edildiyi bildirilib.

KİV-də Rza Zərrabın məhz buna görə mülklərini satdığı qeyd edilib.

R. Zərrabın 72 milyon dollara satın aldığı binanın da satışa çıxardığı mülklər siyahısında olduğu vurğulanır. Rza Zərrab, həmçinin həyat yoldaşı müğənni Ebru Gündeş üçün aldığı təyyarəni də satışa çıxarıb.

Məlumata əsasən Türkiyədə R.Zərrabla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, B.Zəncani Türkiyədə ötən ilin dekabrın 17-də "Böyük rüşvət" əməliyyatı çərçivəsində həbs edilmiş azərbaycanlı milyarder, əslən Güney Azərbaycandan olan Rza Zərrabın iş ortağı kimi gündəmə gəlib.

Zəncani İran neftini sataraq pullarını mənimsəməkdə ittiham olunur. Ona qarşı 2 milyard 800 milyon dollarlıq dələduzluq ittihamı irəli sürülüb.

O, 2013-cü ilin dekabr ayında həbs edilib. Babək Zəncani Türkiyə, BƏƏ və Malayziyada aktivlərə malik Sorinet Group korporasiyasının rəhbəridir.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  



Xəbər lenti