Bir gündə 30 milyon dəfə baxıldı - VİDEO

Bir gündə 30 milyon dəfə baxıldı - VİDEO
  10 Mart 2016    Oxunub:5209
`Game of Thrones` (Taxt Oyunları) filminin 6-cı mövsümünün treyleri rekord vurub.
Bu barədə AzVision.az `Variety`-ə istinadən xəbər verir.

Qeyd edək ki, treyler martın 8-də istifadəçilərin ixtiyarına verilib. Yeni mövsümün treylerinə bir gündə 30 milyon (8 milyon `Youtube`-da, 22 milyon `Facebook`-da) insan baxıb. Bu `HBO` şəbəkəsinin treyleri arasında ən yaxşı startdır.

Müqayisə üçün deyək ki, `Game of Thrones` serialının beşinci mövsümünün treyleri 27 milyon dəfə izlənilmişdi.

Hazırda serialın 6-cı mövsümünə həsr olunan treyleri `Youtube`da təxminən 16 milyon, `Facebook` səhifəsində isə 27 milyon adam izləyib.



Görüntülərdə teleserialın ötən mövsümlərindən efirə verilən ən maraqlı görüntüləri yer alıb, həmçinin yeni mövsümün başlanacağı ay qeyd olunur.

Videoda üçgözlü qarğa (Maks fon Syodov səsləndirir) danışır: “Biz izləyir, biz dinləyir və xatırlayırıq. Keçmiş artıq yazılıb. Mürəkkəb artıq quruyub”.

“Winter Is Coming” redaksiyasından olan serial fanatlarının fikrincə, üçgözlü qarğa serialın əsas qəhrəmanlarından biri Bran Starka yaşıl görücülüyün (greenseer – “Taxt Oyunları” və Martinin romanlarında keçmiş və gələcəyi görmək qabiliyyətidir) əsaslarını başa salır.

“Onlar nələrin baş verəcəyini təsəvvür belə etmirlər”, - deyə tizerin finalında Bran bildirir.

Taxtların Oyunu - Amerika istehsalı olan fentezi və dram janrlı teleserialdır. Serial ABŞ-da 2011-ci ildə HBO kanalında nümayişə başladı. Başladığı vaxtdan etibarən qısa vaxtda böyük maraq yaradan serial tez bir zamanda dünyanın müxtəlif ölkələrində nümayiş olunmağa başladı. Bu serial Corc Martinin fantastik əsəri olan "Buz və Alovun Nəğməsi"nin motivləri əsasında hazırlanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti