Sarkisyan Qarabağa görə Putinə təşəkkür edib - Yenilənib

Sarkisyan Qarabağa görə Putinə təşəkkür edib - Yenilənib
  11 Mart 2016    Oxunub:19319
Rusiyada səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan Moskvada Vladimir Putinlə görüşüb.

AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında iqtisadi-ticarət, investisiya, energetika, humanitar və digər sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin də müzakirə olunduğu bildiirlir.

Hələ ki, görüşün tam detalları açıqlanmayıb.

***

Rusiya prezidenti Vladimir Putin erməni həmkarı Serj Sarksiyana iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsini təklif edib.

TASS xəbər verir ki, görüş zamanı Putin iki ölkə arasında münasibətləri “strateji tərəfdaşlıq münasibətləri” kimi xarakterizə edib.

“Bizim münasibətlərimiz inkişaf edir, uğurla inkişaf edir. Əlbəttə, obyektiv xarakterli problemlər var”, - deyə Putin bildirib.

Rusiya prezidenti, həmçinin Sarkisyana Avrasiya İqtisadi Əməkdaşlıq İttifaqı çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərinin müzakirəsini təklif edib.

İnterfaks-ın məlumatına görə, Ermənistan prezidenti Putinə Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi səylərə görə təşəkkürünü bildirib.

"Biz bu münaqişənin sülh yolu ilə həllinə sadiq olduğumuzu bir daha bəyan edirik", - deyə Ermənistan prezidenti vurğulayıb.

AzVision.az


Teqlər:  



Xəbər lenti