Ukraynada azərbaycanlıları döydülər

Ukraynada azərbaycanlıları döydülər
  11 Mart 2016    Oxunub:1328
Ukraynada Azərbaycan vətəndaşları döyülüb.
AzVision.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, hadisə metronun “Vokzalnaya” stansiyası yaxınlığında baş verib. Zərərçəkənlərin polis bölməsində yazdıqları şikayət ərizələrində bildirilib ki, hücum dörd nəfər tərəfindən həyata keçirilib.

İlkin məlumata görə, saxlanılan şəxslərin ikisi “Belıy Molot”un fəalı, ikisi isə “Aydar” döyüşçüsüdür. Zərərçəkən azərbaycanlıların kimliyi və hadisənin təfərrüatları açıqlanmır.

İlkin Nəcəfzadə

AzVision.az



Teqlər:  



Xəbər lenti