Obama Putindən danışdı: `Heç vaxt məni gözlətmir`
Obamanın fikrincə, Ukrayna Rusiyadan fərqli olaraq, ABŞ üçün prioritet deyil. ABŞ prezidenti, həmçinin vurğulayıb ki, Rusiya rəhbərliyi ABŞ-ın onun hərəkətlərinə aqressiv cavab verməsini arzulayır.
Jurnalist Cefri Qoldberq ABŞ prezidentinə Putinin onda qəddar və xoş olmayan insan obrazı yaratdığını deyib. Obama isə Putinin onunla danışıqlar zamanı çox alicənab olduğunu bildirib.
“Putin bizimlə bütün görüşlərdə olduqca nəzakətli davranır. Onunla görüşlərimiz məhsuldar keçir. O, heç vaxt başqa liderlərə etdiyi kimi məni iki saat gözlətmir”, - deyə ABŞ prezidenti vurğulayıb.
Obama vurğulayıb ki, Putin Rusiya və ABŞ arasında münasibətlərə xüsusi önəm verir: “Putin bizimlə birgə işləməkdə maraqlıdır. O, ABŞ-la münasibətlərə önəm verir, çünki axmaq deyil”.
Obamanın fikrincə, Rusiya rəhbərliyi dünyadakı rolunun əhəmiyyətli dərəcədə azaldığını yaxşı dərk edir. ABŞ prezidenti əlavə edib ki, hətta Krımın birləşdirilməsi və Suriya prezidenti Bəşər Əsədin dəstəklənməsi belə Rusiyanı `oyunçu etmir`.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


