ABŞ Gürcüstana silah göndərir

ABŞ Gürcüstana silah göndərir
  11 Mart 2016    Oxunub:2858
ABŞ Gürcüstana çoxlu sayda silah göndərmək barədə qərar qəbul edib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ “Bredli” tipli piyadaların döyüş maşını və “Abraams” tanklarını Gürcüstana göndərəcək.

ABŞ komandanı, general-leytenant Ben Xoces deyib ki, Gürcüstana aparılacaq silahları Amerika ordusunun hava desantları müşayiət edəcək.

Qeyd edək ki, cari ilin mayında Gürcüstanla ABŞ arasında genişmiqyaslı hərbi təlimlər keçiriləcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  



Xəbər lenti