Nazranda məscidi partlatmaq istədilər

Nazranda məscidi partlatmaq istədilər
  11 Mart 2016    Oxunub:3553
İnquşetiyanın ən iri şəhəri olan Nazranda, "Nasır-Kortov" məscidinin yaxınlığında partlayış baş verib.
Bu barədə AzVision.az TASS-a istinadən xəbər verir.

Məlumata əsasən məscidin yaxınlığında minik avtomobili partlayıb. Hadisə cümə namazı vaxtı baş verib.

İlkin məlumata görə, partlayış nəticəsində xəsarət alanlar var. Ehtimal edilir ki, terror aktı məscidi partlatmaq niyyəti ilə həyata keçirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti