`Müsəlmanlar Amerikaya nifrət edir` – Trampdan qalmaqallı çıxış

`Müsəlmanlar Amerikaya nifrət edir` – Trampdan qalmaqallı çıxış
  11 Mart 2016    Oxunub:3613
Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Tramp müsəlman dünyasının Amerikaya nifrət etdiyini bildirib.
AzVision.az bu barədə `CNN` telekanalına istinadən xəbər verir.

Tramp jurnalist Anders Kuperlə söhbət zamanı bildirib: `Amerikaya qarşı müsəlmanlar arasında aşırı dərəcədə nifrət var. Din və radikal ideologiya, müsəlman və ekstremistlər arasında sərhəd qoymaq olduqca çətindir`.

Qedy edək ki, Donald Tramp prezident seçiləcəyi təqdirdə müsəlmanların ABŞ-a daxil olmasını qadağan edəcəyini bildirmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti