Sabiq nazirlə bağlı intim video qalmaqalı

Sabiq nazirlə bağlı intim video qalmaqalı
  12 Mart 2016    Oxunub:5190
Gürcüstanın Baş Prokurorluğu tərəfindən sabiq xarici işlər naziri Maya Pancikidzeyə bənzəyən qadının `YouTube` video portalında yayılan intim görüntüləri ilə əlaqədar cinayət işi açılıb.
AzVision.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, Gürcüstanda siyasi qalmaqala səbəb olan videonun internetə məqsədli şəkildə yerləşdirildiyi bildirilir.

İntim videoda görüntülənən xanımın sabiq XİN rəhbəri olmadığı açıqlanıb.

Video internetdən silinib və hazırda faktla bağlı araşdırma aparılır. Şəxsi həyata aid informasiyanın qeyri-qanuni yayılmas faktı ilə bağlı təhqiqat başlayıb.

AzVision.az


Teqlər:  



Xəbər lenti