Müsəlmanlar Trampa qarşı etiraza qalxdı - VİDEO

Müsəlmanlar Trampa qarşı etiraza qalxdı - VİDEO
  12 Mart 2016    Oxunub:6297
Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd olan iş adamı Donald Tramp Çikaqodakı seçkiqabağı mitinqi ləğv edilib.
AzVision.az `İTAR-TASS`-a istinadən xəbər verir ki, mitinqin təxirə salınmasına səbəb Trampın tərəfdarları ilə əleyhdarları arasında baş verən toqquşma olub.

Polisin müdaxiləsindən sonra toqquşmanın qarşısı alınıb.

`Tramp Çikaqoda hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşdən sonra həm arenanın daxilində, həm də kənarında on minlərlə insanın təhlükəsizliyini nəzərə alaraq bugünkü çıxışın başqa günə təxirə salınmasına dair qərar qəbul edib`, - deyə seçki qərargahının yaydığı məlumatda bildirilir.

Yerli telekanalların məlumatına görə, Trampın əleyhdarları namizədin çıxışına bir saat qalmış İllinoys Universitetində toplaşıb. Etirazçıların çoxu `Müsəlmanlar Trampa qarşı birləşiblər` kimi şüar yazılan köynəklər geyiniblər.

Qeyd edək ki, Donald Tramp prezident seçiləcəyi təqdirdə müsəlmanların ABŞ-a daxil olmasını qadağan edəcəyini bildirmişdi.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti