Kim Çen In sualtı qayığını itirdi

Kim Çen In sualtı qayığını itirdi
  12 Mart 2016    Oxunub:5820
Phenyan bu həftə sualtı qayıqlarından biri ilə əlaqəni itirib.
AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir ki, vəziyyətlə yaxından tanış olan Amerika mənbələrinə istinadən məlumat yayıb.

ABŞ Şimali Koreyanın şərq sahilləri yaxınlığında olan sualtı qayığı müşahidə edirdi, amma sonra qayıq hərəkətini dayandırdı. Amerika hərbçiləri gizli olaraq Phenyanın itmiş qayığını axtarışı ilə bağlı əməliyyatlarını izləyib.

ABŞ mənbələri qayığın manevr edərkən yaranan nasazlıq səbəbindən batdığını ehtimal ediblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti