Qəbiristanlıqda atışma olub - 4 yaralı

Qəbiristanlıqda atışma olub - 4 yaralı
  12 Mart 2016    Oxunub:2412
Kanadanın Kokran şəhərində (Albert vilayəti) müsəlman qəbiristanlığında atışma baş verib.
AzVision.az ` CTV News`-a istinadən xəbər verir ki, hadisə nəticəsində dörd nəfər yaralanıb.

Atışma martın 11-də 21 yaşlı müsəlman gəncin dəfn mərasimindən sonra baş verib.

Qəbiristanlıq çalışan işçi bildirib ki, insident dəfn mərasimi ilə bağlı olmayıb. Polis əməkdaşları hadisənin dini zəmində baş vermədiyini açıqlayıb.

Zərərçəkənlər Kalqari şəhərinin xəstəxanasına yerləşdirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:



Xəbər lenti