Avropa Trampın ABŞ prezidenti olmasını istəmir

Avropa Trampın ABŞ prezidenti olmasını istəmir
  12 Mart 2016    Oxunub:2287
Avropa Donald Tramp kimi prezidentlə əməkdaşlıq etməyə hazır deyil.
AzVision.az `I-TELE` telekanalına istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin rəhbəri Martin Şults Avropanın sosial-demokratlar partiyalarının liderləri ilə görüş zamanı bildirib.

Şultsun fikrincə, Donald Trampın siyasi tərzi digərlərinə hücum etmək və daima günahkarı kənarda axtarmaqdır. O, Trampı istənilən məsələdə günahı başqasının üzərinə atan siyasətçilər qrupuna aid edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti