Keçmiş nazirin ölümü ilə bağlı şok təfərrüat

Keçmiş nazirin ölümü ilə bağlı şok təfərrüat
  13 Mart 2016    Oxunub:3610
Rusiyanın keçmiş mətbuat naziri Mixail Lesinin bir neçə ay öncə Amerikada qaldığı mehmanxanadakı müəmmalı ölümü ilə bağlı yeni faktlar ortaya çıxmaqda davam edir.
Tanınmış blogger və siyasətçi Aleksey Navalnı Lesinin ölümündən 40 gün sonra naməlum şəxsin onun pasportu ilə Amerika sərhədlərini tərk etdiyi yazıb.

“Mixail Lesinin ölümündən 40 gün sonra, 15 dekabrda eyni adlı şəxs Amerikanı tərk edib.

Bu barədə Amerika Sərhəd Xidmətinin məlumat bazasında informasiya var”.

Navalnı həmçinin Mixail Lesinin xarici pasportunun skanını da öz bloqunda yerləşdirib. Navalnın tapdığı faktlarla bağlı hələlik rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, Mixail Lesin Vaşinqtonun “Dyupon Serkol” mehmanxanasında noybrın 5-də ölü tapılmışdı.

İlkin versiya olaraq onun ürək tutmasından vəfat etdiyi bildirilsə də, sonradan keçmiş nazirin küt alətlə başından aldığı zərbədən öldüyü müəyyən olunub. (Modern.az)


Teqlər:  





Xəbər lenti