Azərbaycan və İran arasında məhbus mübadiləsi

Azərbaycan və İran arasında məhbus mübadiləsi
  13 Mart 2016    Oxunub:1875
Azərbaycan və İran arasında Novruz bayramı ərəfəsində məhbusların mübadiləsi baş tutacaq.
AzVision.az İran mətbuatına istinadən xəbər verir ki, bu barədə İraınn Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari deyib.

Onun sözlərinə görə, məhbus mübadiləsi Azərbaycanla İran arasında ekstradisiya müqaviləsi əsasında, hər iki ölkənin XİN-ləri və İranın Bakıdakı səfirliyinin səyi nəticəsində baş tutub.

H.Cabiri Ənsari, həmçinin bildirib ki, bu gün Azərbaycan həbsxanalarında cəza çəkən 5 nəfər və İran həbsxanalarında cəza çəkən 4 azərbaycanlı ölkələrinə qaytarılıb.

Onun sözlərinə görə, məhbuslar cəzalarının qalan hissəsini öz ölkələrində çəkəcəklər.

AzVision.az


Teqlər:  





Xəbər lenti