Deputat beynəlxalq axtarışa verildi

Deputat beynəlxalq axtarışa verildi
  13 Mart 2016    Oxunub:2303
Hakim `Vahid Rusiya` partiyasından Dövlət Dumasının deputatı olan Vladislav Reznik barəsində İspaniya məhkəməsi tərəfindən axtarış qərarı çıxarılıb. Sənədlər artıq krallığın hüquq mühafizə orqanları tərəfindən İnterpola təqdim olunub.
Virtualaz.org RBK-ya istinadən bildirir ki, xəbəri deputata yaxın dairələrdə təsdiqləyiblər.

Daha öncə `Rosbalt` agentliyi yazmışdı ki, İspaniya məhkəməsi Rezniki təşkil olunmuş cinayətkar qrupun daxilində fəaliyyətdə və İspaniyada çirkli pulların yuyulmasında ittiham edir. Deputat məhkəməyə gəlmədiyi üçün onun qiyabi həbsi barədə qərar çıxarılıb.

Həmin cinayət işi çərçivəsində «kriminal avtoritet» sayılan Gennadi Petrov da ittiham olunanlar siyahısındadır. Bütün bu adamlar Tambov cinayətkar qruplaşmasının üzvləri kimi məhkəməyə çağırılıblar.

İspaniyada `rus mafiyası` haqqında ilk məlumatlar 2008-ci ilə aiddir. O zaman həyata keçirilmiş `Troyka` adlı əməliyyat nəticəsində bir neçə Rusiya vətəndaşı həbs edilmişdi. Həbs olunanların Tambov qruplaşması ilə əlaqəli olduqları güman edilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti