`Merkel getməlidir!` - Almanlar etiraza qalxdı (VİDEO)
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, aksiyaya 2500-dən artıq etirazçı, həmçinin anti-İslam hərəkatı “Pegida”nın fəalları qatılıb.
Aksiya mərkəzi vağzal yaxınlığındakı meydanda keçirilib. Etiraz aksiyasında müxalifət partiyaları, xüsusilə də, sağçı “Almaniya üçün alternativlər” partiyasının nümayəndələri iştirak ediblər.
Nümayişçilər Merkelin miqrant siyasətinə etiraz edərək "Merkel getməlidir!", "Almaniyada şəriətə yer yoxdur!", "Siyasilər gedir, xalq qalır" şüarlarını səsləndiriblər.
AzVision.az