İran neft hasilatını dondura bilər
`Biz gündəlik hasilatı o səviyyəyə çatdıran zaman neft istehsal edən digər ölkələrlə əməkdaşlıq edə bilərik. Biz sanksiyalar götürüləndən sonra özümüz özümüzə sanksiya tətbiq etmək niyyətində deyil. İran bu il martın 20-ə qədər neft hasilatını gündəlik 2 milyon barelə çatdıracaq`.
Qeyd edək ki, bundan əvvəl Rusiya və İran böyük həcmdə neft hasil edən digər ölkələr bu təşəbbüsə qoşularsa, neft hasilatını dondurmaq barədə razılığa gəliblər. Azərbaycan da bu təşəbbüsə qoşulacağını bəyan edib. İran neft nazirinin müavini Əmir Hüseyn Zamaninia isə bundan əvvəl İranın bu ilin ikinci yarısında neft hasilatını gündəlik 3,6 milyon barelə çatdıracağını açıqlayıb.
Teqlər: