Çex spiker Bakıdadır

Çex spiker Bakıdadır
  13 Mart 2016    Oxunub:1796
Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçekin rəhbərlik etdiyi nümayəndə heyəti martın 13-də Azərbaycana rəsmi səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədrini Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Valeh Ələsgərov qarşıladı.

Jurnalistlərə müsahibəsində Yan Hamaçek Azərbaycana növbəti dəfə səfər etməsindən məmnunluğunu bildirib. Çexiyanın bir çox sahələrdə Azərbaycanın güclü tərəfdaşı olduğunu vurğulayan Deputatlar Palatasının sədri ölkələrimiz arasındakı əməkdaşlığı yüksək qiymətləndirdiklərini söyləyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti