Ankarada dəhşətli terror: 27 ölü, 75 yaralı - FOTOLAR+VİDEO (Yenilənib)

Ankarada dəhşətli terror: 27 ölü, 75 yaralı - FOTOLAR+VİDEO (Yenilənib)
  14 Mart 2016    Oxunub:20183
Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankaranın mərkəzində Qızılay meydanında baş verən partlayış nəticəsində çoxlu sayda insan yaralanıb.

Yaralılar xəstəxanalara çatdırılıb.

Partlayışın bomba yüklü maşın tərəfindən törədildiyi ehtimal edilir. Əraziyə çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunub.

Hadisə ilə bağlı mediaya rəsmi açıqlama verilməyib.

***

Türkiyə KİV-lərində yer alan məlumata görə, hadisə yerində 5 cəsəd aşkar edilib. Ölü sayının 10-dan çox olduğu bildirilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

Ankara Valiliyinin rəsmi açıqlamasına görə, hadisə nəticəsində 27 nəfər dünyasını dəyişib, 75 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Türkiyə Radio və Televizya Üst Qurumu hadisə ilə bağlı mediaya yayın qadağası tətbiq edib.









AzVision.az


Teqlər:  





Xəbər lenti