Ankaradakı terrorda ölənlər arasında azərbaycanlı var?

Ankaradakı terrorda ölənlər arasında azərbaycanlı var?
  14 Mart 2016    Oxunub:3683
Türkiyənin paytaxtı Ankarada baş verən dəhşətli terror hadisəsi zamanı ölən və xəsarət alanlar arasında azərbaycanlıların olub-olmaması araşdırılır.

Bu barədə AzVision.az-a Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda səfirlik tərəfindən araşdırma aparılır, bununla bağlı mətbuata məlumat veriləcək.

Qeyd edək ki, bu gün axşam saatlarında Ankarada güclü partlayış baş verib. Hadisə zamanı 27 nəfər ölüb, 75 nəfər yaralanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti