Ankaradakı terroru PKK törədib

Ankaradakı terroru PKK törədib
  14 Mart 2016    Oxunub:3201
Bu gün axşam saatlarında Türkiyənin paytaxtı Ankarada baş verən dəhşətli terror hadisəsinin PKK təşkilatı tərəfindən törədildiyini bildirilir.
AzVision.az xəbər verir ki, bu barədə `Reuters`ə Türkiyənin hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Ehtimal edilir ki, partlayış PKK və PKK-ya bağlı olan güclər tərəfindən həyata keçirilib.

Hələlik bu barədə rəsmi qurumlar tərəfindən açıqlama verilməyib.

Qeyd edək ki, bu gün axşam saatlarında Ankaranın mərkəzində Qızılay meydanında partlayış baş verib. Terror aktı nəticəsində 27 nəfər ölüb, 75 nəfər isə yaralanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti