Davudoğlu təcili nazirləri topladı

Davudoğlu təcili nazirləri topladı
  14 Mart 2016    Oxunub:2079
Türkiyənin Baş naziri Əhməd Davudoğlu paytaxt Ankarada baş verən terror hadisəsi ilə əlaqədar təcili toplantı çağırıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təhlükəsizlik toplantısı yaxın bir neçə saat ərzində baş tutacaq.

Daxili işlər naziri Əfqan Ala hadisə ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğana məlumat verib.

Qeyd edək ki, bu gün Ankaranın Qızılay meydanında baş verən terakt nəticəsində 27 nəfər ölüb, 75 nəfər isə yaralanıb.

***

Türkiyə hökuməti martın 13-də Ankarada çoxsaylı insan tələfatı ilə nəticələnən qanlı terrorla bağlı fövqəladə müşavirə keçirib.

Baş nazir Əhməd Davudoğlunun sədrliyi ilə keçirilmiş müşavirədə ordu generalları, hökumət üzvləri və təhlükəsizlik orqanlarının rəhbərləri iştirak ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti