Putindən Ərdoğana jest: `Birlikdə kədərlənirik`

Putindən Ərdoğana jest: `Birlikdə kədərlənirik`
  14 Mart 2016    Oxunub:3499
Rusiya prezidenti Vladimir Putin Ankarada baş vermiş terror aktı ilə bağlı Türkiyə xalqına başsağlığı verib.

AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Rusiya prezidentinin Ankarada baş vermiş terror aktını qınadığını söyləyib.

“Vladimir Putin qəti şəkildə Ankaradakı terror aktını pisləyir. Çox sayda insanların həyatını itirməsi və terror hücumuna məruz qalan Türkiyə xalqı ilə birlikdə kədərlənirik. Rusiya prezidenti terror aktında yaxınlarını və doğmalarını itirmiş hər kəsə dərin hüznlə başsağlığı verir, yaralıların tez bir zamanda sağalmasını arzulayır”,- deyə Peskov vurğulayıb.

Rusiyanın baş naziri Dmitri Medvedyev də hökumət adından Türkiyə xalqına başsağlığı verib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti