`Terrorçuları məhv edəcəyik` - Ərdoğan qəzəbləndi

`Terrorçuları məhv edəcəyik` - Ərdoğan qəzəbləndi
  14 Mart 2016    Oxunub:4398
Türkiyə terror təhlükəsinə qarşı özünümüdafiə hüququndan istifadə etməyə davam edəcək.
AzVision.az xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan Ankarada törədilən terror aktı ilə bağlı bəyanatında bildirib.

"Vətəndaşlar narahat olmasın. Dövlətin bütün strukturları xalqla birlikdədir. Bu mübarizə öz səmərəsini mütləq verəcək. Terrorçular məhv ediləcək", - deyə Ərdoğan vurğulayıb.

Prezidentin sözlərinə görə, regionda hökm sürən qeyri-stabil vəziyyətlə əlaqədar Türkiyədə terror aktlarının sayı artıb: "Əminəm ki, Türkiyənin bütünlüyünə, xalqın bərabərliyinə yönələn zərbələr nəticəsiz qalacaq. Çətin günlər geridə qalacaq".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti