Ərdoğanın Bakı səfəri təxirə salınacaq? - Rəsmi

Ərdoğanın Bakı səfəri təxirə salınacaq? - Rəsmi
  14 Mart 2016    Oxunub:3743
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana martın 15-nə nəzərdə tutulan səfəri təxirə salınmayıb.

Bu barədə AzVision.azTürkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Məsələ ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyi ilə əlaqə saxladıq. Səfirlik onlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin təxirə salınıb-salınmamasına dair məlumatın olmadığı bildirilib.

Qeyd edilib ki, Türkiyə tərəfindən səfərin təxirə salınması haqda səfirliyə rəsmi məlumat daxil olmayıb.

Xatırladaq ki, dünən Ankaranın "Kızılay" meydanında törədilən terror hadisəsi zamanı 34 nəfər həlak olub, 125 nəfər yaralanıb.

R.T.Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün Azərbaycana fevralın 17-də gəlməli idi. Lakin həmin vaxt da Ankarada terror hadisəsi törədilmiş, nəticədə səfər təxirə salınmışdı.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti