Pan Gi Mun Türkiyəyə başsağlığı verib

Pan Gi Mun Türkiyəyə başsağlığı verib
  14 Mart 2016    Oxunub:1255
BMT-nin baş katibi Pan Gi Mun Ankarada 34 nəfərin ölümü ilə nəticələnən terror aktı ilə bağlı Türkiyə xalqına başsağlığı verib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, BMT-nin baş katibi terror aktını pisləyib.

“BMT Türkiyə hökumətini dəstəkləməkdə davam edəcək və türk xalqı ilə bu ağır zamanda həmrəyik”- deyə o, əlavə edib.

Qeyd edək ki, martın 13-də Ankarada törədilən terror nəticəsində 34 nəfər (ikisi terrorçu) ölüb. Məlumata əsasən, bu hadisəni biri qadın olmaqla iki nəfər törədib. Partlayış nəticəsində onların öldüyü bildirilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti