`Qarabağın müharibə yolu ilə həlli yoxdur` – Nalbandyan

`Qarabağın müharibə yolu ilə həlli yoxdur` – Nalbandyan
  14 Mart 2016    Oxunub:2383
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasından başqa alternativi yoxdur.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Avstriya xarici işlər naziri Sebastyan Kurtsun təşəbbüsü ilə Vyanda keçirilən Avropa Demokratlar Partiyası (ADP) nazirlərinin görüşündə bildirib.

Məlumata əsasən, görüşdə 12 XİN rəhbəri, ADP sədri Cozef Dol, Avropa Parlamentinin xarici məsələlər üzrə komitəsinin sədri Elmar Brok, Avropa Komissiyasının Komissarı Yohannes Han iştirak edib.

Görüş zamanı tərəflər terrorizm və ekstremizmlə mübarizə, miqrasiya, Qərbi balkan və Cənubi Qafqazda problemləri müzakirə ediblər.

Nalbandyan həmkarlarına Ermənistanın və ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində göstərdiyi səylərdən danışıb. Ermənistan XİN rəhbəri münaqişəsinin sülh yolu ilə həll olunmasından başqa alternativinin olmamasını vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti