`Eyfel qülləsinin yerində heykəlimi qoyun` – İbrahimoviç

`Eyfel qülləsinin yerində heykəlimi qoyun` – İbrahimoviç
  14 Mart 2016    Oxunub:2821
Fransanın “PSJ” klubunun və İsveç millisinin hücumçusu Paris klubu ilə müqavilənin müddətinin artırılması ilə bağlı qeyri-adi təklif edib.
Bu barədə AzVision.az “beIN Sports”-a istinadən xəbər verir.

“İnanmıram ki, onlar (klub rəhbərliyi) Eyfel qülləsini mənim heykəlimlə əvəz etsinlər, lakin onlar bunu etsələr, onda mən Parisdə qalaram. Hazırki durum onu göstərir ki, mən gələn mövsüm PSJ-nin oyunçusu olmayacağam”, - deyə İbrahimoviç qeyd edib.

Qeyd edək ki, İbrahimoviçin klubla müqaviləsi mövsümün sonunda başa çatacaq. Ötən gün Fransa çempionatının 30-cu turunun oyunları keçirilib. PSJ səfərdə turnir cədvəlində sonuncu yerdə qərarlaşan “Trua” ilə qarşılaşıb. PSJ-nin ulduzu Zlatan İbrahimoviç 9 dəqiqəyə het-trik edib. Ümumi hesab isə 9:0 olub. Beləliklə, bu oyun Fransa çempionatında tarixə düşüb. PSJ səfərdə ən böyük hesablı qələbə qazanan ilk komanda olub. İbrahimoviç isə son 14 mövsüm ərzində 13 dəfə top-5 liqanın çempionu olub. Hazırda 77 xalı olan PSJ ən yaxın təqibçisi, ikinci pillədəki “Monako”nu 25 xalla qabaqlayır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti