İtlərin toyuna 5 mindən çox insan gəlib

İtlərin toyuna 5 mindən çox insan gəlib
  14 Mart 2016    Oxunub:6853
Hindistanın Uttar-Pradeş ştatında iki itin toyunu beş mindən çox insan ziyarət edib.
Bu barədə AzVision.az `Mashable`-a istinadən xəbər verir.

Toy mərasimi Pavara kəndində hind ənənəsinə uyğun olaraq keçirilib.

`Bəy` mərasimə güllərlə bəzədilən xüsusi maşında gəlib. Mərasim zamanı `gəlin`in sahibi Cunq Bahadur göz yaşlarını saxlaya bilməyib.

Tədbirdə yerli dicey iştirak edib, qonaqlar isə rəqs edib. Mərasimdən sonra `cütlük` birlikdə bəy maşınında gediblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti